Hesabın Silinməsi və Abunəliyin İdarə Edilməsi

Tətbiq daxilindən (Ən sürətli üsul)

Hesabınızı silmək üçün: əvvəlcə valideyn keçidindən keçin — “Yalnız böyüklər üçün” ekranında doğum tarixinizi daxil edin. Sonra “Profil” → “Hesabı silin” seçiminə toxunun.

Sorğunuz dərhal icra olunmağa başlayacaq və bunun üçün bizimlə əlavə əlaqə saxlamağınıza ehtiyac yoxdur.

Diqqət: hesabın silinməsi abunəliyi ləğv etmir

Abunəlik ödənişləri Lilitopia tərəfindən deyil, birbaşa Apple və ya Google tərəfindən idarə olunur. App Store və ya Google Play-də ləğvetmə əməliyyatını tamamlayana qədər abunəlik yenilənməyə və sizdən ödəniş alınmağa davam edəcək.

Ona görə də hesabınızı silməzdən əvvəl abunəliyinizi ləğv etməyinizi tövsiyə edirik — hesabı sildikdən sonra tətbiqə girişiniz olmayacaq.

Tətbiqdə ləğv etmək üçün: Valideyn Paneli → “Abunəliyi İdarə Et” hissəsinə daxil olun.

Tətbiqə daxil ola bilmədiyiniz halda (e-poçt vasitəsilə)

Əgər tətbiqə girişiniz yoxdursa, abunəliyinizi cihazınızın ayarlarından ləğv edə bilərsiniz:

  • iPhone / iPad üçün: Ayarlar (Settings) → Adınız → Abunəliklər (Subscriptions) → Lilitopia → “Abunəliyi ləğv et” (Cancel Subscription)
  • Android üçün: Google Play → Profil şəkli → Ödənişlər və abunəliklər → Abunəliklər → Lilitopia → “Abunəliyi ləğv et”

Hesabınızın silinməsi üçün isə qeydiyyatdan keçdiyiniz e-poçt ünvanından [email protected] ünvanına istifadə etdiyiniz platformanı (iOS və ya Android) qeyd edərək sorğu göndərin.

Diqqət: Biz sizdən heç vaxt şifrənizi tələb etmirik. Zəhmət olmasa, e-poçtda şifrənizi qeyd etməyin.

Silinən məlumatlar

Hesabınızı sildikdə hesabınız bağlanır və aşağıdakı məlumatların silinməsi prosesi başlayır: adınız, e-poçt ünvanınız, bağlı Google və Apple hesab məlumatlarınız, uşaqlarınızın adları və yaş aralıqları.

Saxlanılan məlumatlar

Vergi, mühasibat uçotu və Apple/Google hesabatlılığı üçün saxlamağa məcbur olduğumuz ödəniş qeydləri — tam anonimləşdirilmiş formada saxlanılır və artıq sizinlə əlaqələndirilə bilməz.

Uşaq məlumatları

Valideyn hesabı silindikdə ona bağlı bütün uşaq profilləri də bu prosesə daxildir.

Əgər hesabınızı deyil, sadəcə müəyyən bir uşaq profilinin silinməsini istəyirsinizsə, bu tələbi yuxarıda qeyd olunan e-poçt ünvanına göndərməyiniz kifayətdir.


Deleting your account and managing your subscription

From inside the app (fastest)

To delete your account: first pass the parent gate — the screen titled “Yalnız böyüklər üçün” asks you to enter your date of birth. Then tap “Profil” → “Hesabı silin”.

Your request starts immediately and you do not need to contact us separately.

Please note: deleting your account does not cancel your subscription

Subscription payments are handled directly by Apple or Google, not by Lilitopia. Your subscription will keep renewing and charging you until you complete the cancellation in the App Store or Google Play.

We therefore recommend cancelling your subscription before you delete your account — once the account is deleted you will no longer have access to the app.

To cancel inside the app: go to Parent Area → “Abunəliyi İdarə Et”.

If you cannot sign in to the app (by email)

If you have lost access to the app, you can cancel your subscription from your device settings:

  • iPhone / iPad: Settings → your name → Subscriptions → Lilitopia → Cancel Subscription
  • Android: Google Play → profile picture → Payments & subscriptions → Subscriptions → Lilitopia → Cancel subscription

To have your account deleted, send a request from the email address registered to your account to [email protected], stating the platform you use (iOS or Android).

Please note: we never ask for your password. Do not include your password in the email.

What is deleted

When you delete your account, the account is closed and the removal of the following is set in motion: your name, your email address, your linked Google and Apple account identifiers, and your children’s names and age ranges.

What is kept

Payment records we are required to retain for tax, accounting and Apple/Google reporting purposes — kept in fully anonymized form and no longer linkable to you.

Children’s data

When a parent account is deleted, every child profile linked to it is included in the same process.

If you want to delete a single child profile rather than your account, it is enough to send that request to the email address above.