LilitopiaNədir?

Lilitopia, məktəbəqədər yaş uşaqlar üçün ana dilində, təhlükəsiz, öyrədici və əyləncəli tədris məzmunları hazırlayan rəqəmsal təhsil ekosistemidir. Biz oyunları, cizgi filmlərini, mahnıları, kitabları və interaktiv fəaliyyətləri bir araya gətirərək uşaqların gündəlik öyrənməsini oyun və əyləncəyə çeviririk.

Lilitopia ilə Tanış Olun

cloud_1
cloud_1

Təhsil Ekosistemimiz

Lilitopia, məktəbəqədər yaşdakı uşaqların bir-birini tamamlayan online tədris məhsulları ilə hər zaman, hər yerdə keyfiyyətli vaxt keçirmələrini təmin edir.

cloud_2

Məhsullarımız

Mobil Tətbiqlər

YouTube Məzmunları

Musiqi Albomları

Elektron Kitablar

Səsli Hekəyələr

Mobil Tətbiqlər

Mobil tətbiqlərimiz vasitəsilə uşaqlar hərfləri, rəqəmləri, fiqurları və sağlam vərdişləri interaktiv şəkildə öyrənir.

  • Audio-Vizual Tapşırıqlar
  • Müasir Kurrikulum
  • Təhlükəsiz Öyrənmə Mühiti
  • Valideyn Nəzarət Paneli

Öyrədici Cizgi Filmlər

Azərbaycan YouTube dünyasında, məktəbəqədər yaşa uyğun, pedaqoq təsdiqli cizgi filmlərlə uşaqlar həm öyrənir, həm də əylənir. 

  • Keyfiyyətli Animasiyalar
  • Yaşa Uyğun Mövzular  
  • Faydalı Vərdiş Təşviqləri

Musiqilərimiz

Məktəbəqədər yaş qrupuna uyğun hazırladığımız musiqi albomları uşaqlarda həm ritm və melodiya, həm də yaddaş və dil bacarıqlarını inkişaf etdirir.

  • Sadə Ritmlərin İstifadəsi
  • Fonetik və Leksik İnkişaf
  • Sağlam Vərdişlərin Təşviqi

Elektron Kitablar

Lili və dostlarının baş rolda olduğu rəngli vizuallarla zəngin məktəbəqədər yaş qrupuna uyğun hekayələri elektron kitablarımızda təqdim edirik.

  • Pedaqoq Təsdiqli Hekayələr
  • Cəlbedici Vizuallar
  • Mədəni İrsimizə Uyğunluq

Səsli Hekayələr

Uşaqların dinləmə, təxəyyül və dil bacarıqlarını inkişaf etdirən nağıllar və hekayələrlə balaca gözlər istirahət edərkən beyin aktiv olacaq.

  • Sadə və Aydın Səsləndirmə
  • Yuxuya Hazırlıq Rejimi
  • Görmə Problemli İstifadəçilərimiz Üçün Əlçatanlıq