LİLİTOPİA DÜNYASINA XOŞ GƏLMİSİZ! Oyna və Öyrən Biz Lilitopia ailəsi olaraq uşaqlar üçün maraqlı, təhlükəsiz və əylənərək öyrəndikləri bir dünya qururuq. BİZ KİMİK?

Ana dilimizdəKeyfiyyətli Uşaq Məzmunları

Hər yerdə sizinlə

Lilitopia öyrədici mobil oyunlardan YouTube cizgi filmlərinə, musiqilərdən kitablara qədər bütün platformalarda mövcuddur. 

Milli və müasir təhsil

Mədəni irsimizə sadiq qalaraq, Təhsil Nazirliyinin kurrikulumuna uyğun, ana dilimizdə müasir təhsil təqdim edirik.

Valideyn nəzarətində

Övladlarınızın ekran qarşısında keçirdiyi vaxtın təhlükəsiz və faydalı olduğuna əmin olacağınız ətraflı Valideyn Nəzərət Paneli.

Niyə ana dilindətəhsil önəmlidir?

Azərbaycanda minlərlə uşaq ilk sözlərini, ilk anlayışlarını, ilk davranış təcrübələrini xarici dillərdə, xarici məzmunlardan öyrənir. Bu, onların dil bacarığına, emosional bağlarına və özlərinə inamına təsir edir.

Lilitopia Azərbaycan dilindəki məzmun boşluğunu keyfiyyətli, mədəni irsimizə əsaslanan, Təhsil Nazirliyinin məktəbəqədər tədris kurrikulumuna uyğun interaktiv onlayn məhsullarla doldurur.

Lilitopia Online Təhsil Ekosistemi

Online təhsil ekosistemimizin məqsədi hər bir uşaq üçün əlçatan, keyfiyyətli və ana dilində məktəbəqədər təhsil və ailə dostu öyrənmə mühiti yaratmaqdır.

Mobil Oyunlar

Uşaqları ən çox sevdikləri üsulla,  yəni oyunlarla öyrədirik.

e-Kitablar

Lili və dostlarının sadə, öyrədici hekayələrini elektron kitablarla təqdim edirik.

Cizgi Filmləri

Ana dilində animasiyalarla həm öyrədir, həm əyləndiririk.

Səsli Kitablar

Uşaqların təxəyyülünü inkişaf etdirən hekayələri səsli kitablarımızla təqdim edirik.

Musiqi Albomları

Məktəbəqədər yaşa uyğun, öyrədici mahnıları bəstələyirik.

Online Resurslar

Web səhifəmiz və sosial media hesablarımızda valideynlər üçün faydalı resurslar təqdim edirik.

Lilitopianın Sevimli Obrazları

Obrazların Tədrisə Təsiri

Vizual Yönləndirmələr

Lili və dostları hərəkətləriylə uşaqlara tapşırıqları necə yerinə yetirəcəyini göstərir.

Səsli Yönləndirmələr

Dost obrazların səsli təlimatları uşaqlarda diqqəti və anlama qabiliyyətini artırır.

Emosional Fəal Təşviqlər

Obrazlar mimika, jest və zarafatlarıyla uşaqları motivasiya edir və öyrənməyə həvəsləndirir.

MəktəbəqədərTəhsil Kurrikulumumuz

Lilitopia təhsil resursları uşaqların sosial-emosional inkişafını, motor bacarıqlarını, nitq, savad və riyazi düşüncə sahələrini əhatə edən müasir məktəbəqədər kurikuluma əsaslanır.

  • Əlifba və Oxumaq
  • Rəqəmlər və Saymaq
  • Həndəsi Fiqurlar
  • Təbiət və Ətraf Mühit
  • Yaradıcılıq
  • Emosional və Sosial Öyrənmə
  • Sağlamlıq və Gigiyena Rutinləri

Lilitopia

Online Təhsil Resurları